18 
Eyl
2023
23:26

Almaniyanın maliyyə naziri koronavirusa yoluxub

18 Eyl, 2023
23:26
0

Almaniyanın maliyyə naziri koronavirusa yoluxub

Almaniyanın müdafiə naziri Boris Pistoriusun ardınca maliyyə naziri Kristian Lindner də koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə DPA agentliyi maliyyə departamentindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Lindnerin koronavirus testi müsbət çıxıb. Bununla əlaqədar olaraq, nazirin yaxın günlərdə keçiriləcək bütün görüşləri ləğv edilib. Onda xəstəliyin yüngül simptomları var və nazir evdən işləyir.

Bundan əvvəl Bild qəzeti yazıb ki, Pistorius koronavirus infeksiyasına görə sentyabrın 19-da Almaniyadakı Amerikanın Ramşteyn aviabazasında Ukraynaya hərbi yardım üzrə təmas qrupunun iclasında şəxsən iştirak etməyəcək. Əvəzində tədbirə Almaniyanın müdafiə departamentinin nümayəndələri qatılacaq.

Bizimlə əlaqə saxlayın