19 
Ekm
2023
13:59

Dini təhsili olmayanlar məscidlərdən uzaqlaşdırılır

19 Ekm, 2023
13:59
2

Dini təhsili olmayanlar məscidlərdən uzaqlaşdırılır

Əvvəllər kadr çatışmazlığından irəli gələrək, məscidlərdə çalışan din xadimlərinin əksəriyyətinin dini təhsili olmayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

O qeyd edib ki, din xadimlərinin təyinatı komitə tərəfindən həyata keçirilir.

"Eyni zamanda, həmin şəxslərlə bağlı məlumatlar Qafqaz Müsəlmaları İdarəsinə ötürülür. Ali və orta dini təhsili olan şəxslərin təyinatı aparılır. Əvvəllər kadr çatışmazlığından irəli gələrək məscidlərdə çalışanların əksəriyyətinin dini təhsili olmayıb. Hazırda dini təhsili olmayan şəxslərin əvəz olunması prosesi gedir. Yenilənmiş kadrların sayı 200-ə yaxınlaşmaqdadır".

M.Qurbanlı əlavə edib ki, məscidlərə dini ayinləri yerimə yetirmək üçün qadınlar da təyin edilir.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb. Bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir.

Bizimlə əlaqə saxlayın