Fuad Poladov vəfat etdi - YENİLƏNİB

Fuad Poladov vəfat etdi - YENİLƏNİB


Mayın 4-də, axşam saatlarında vəfat edən Xalq artisti Fuad Poladovun dəfn olunacağı yer bəlli olub.
Xalq artisti ilə vida mərasimi bu gün 13:00-da, evində, Babək prospekti 10 ünvanında, yaşadığı binanın həyətində keçiriləcək.
Bu barədə Sizinxeber.Az-a aktrisa Münəvvər Əliyeva məlumat verib. 
Fuad Poladov vəsiyyətinə əsasən, Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
08:46
Azərbaycanın Xalq artisti Fuad Poladov vəfat edib.
Sizinxeber.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
1948-ci ildə Bakıda anadan olan aktyor sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib.
O, səhnə fəaliyyətinin 20 ildən çoxunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirib.
Aktyor bir çox kinofilmlərdə bədii obrazlar yaradıb. O, “Ad günü”, “Ağasadıq Gəraybəyli”, “Ailə”, “Aktrisa”, “Arxada qalmış gələcək”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Cəza”, “Əlvida, cənub şəhəri”, “Yeddi oğuldan biri”, “Fatehlərin divanı”, “İşarəni dənizdən gözləyin”, “İstintaq davam edir”, “Küçələrə su səpmişəm” və digər filmlərdə yaddaqalan obrazları ilə insanların sevimlisinə çevrilib.
Qeyd edək ki, Azərbaycanın xalq artisti F. Poladov bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Onun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib.
Allah rəhmət eləsin!

Baxılıb :1 485
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az