"Danabaş Kəndinin məktəbi" komediyası Lənkəran teatrın"da nümayiş olunacaq.

"Danabaş Kəndinin məktəbi" komediyası Lənkəran teatrın"da nümayiş olunacaq.


Lənkəran Dövlət Dram Teatrında görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” komediyası əsasında hazırlanmış növbəti tamaşa 26 aprel saat 16-20 da göstəriləcək.
    Tamaşanın quruluşçu rejissoru və rəssamı Əməkdar İncəsənət Xadimi Oruc Qurbanov, musiqi tərtibatçısı İzzət Qurbanovdur.
Tamaşada rolları Xalq Artisti Qabil Quliyev (Naçalnik), Əməkdar Artist Sucəddin Mirzəyev (Pristav), aktyorlar Allahverən Babayev (Qazı), Əlibala Əsgərov (Məşədi Ağakişi), Şarud Mehdiyeva (Şaban nənə), Miraslan Ağayev (Hümmətəli), Sayad Əliyev (müəllim), Hikmət Cəfərov (Kərbəlayi Mirzalı), Emin Fərzullayev (şagird), Rauf Zeynalov (şagird), Ülkər Quliyeva (şagird), Günel Abbaszadə (şagird), Nizami Qurbanov (yüzbaşı) və başqaları ifa edirlər.
Ünvan Lənkəran Şəhəri Qala Xiyabanı - 14,


Baxılıb :615
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az