Lənkəran teatrında Xocali faciəsinə həsr olunmuş tamaşa

Lənkəran teatrında Xocali faciəsinə həsr olunmuş tamaşa


      Lənkəran Dövlət Dram teatrın səhnəsində  Xocalı faciəsinin 26-cı il dönümünə həsr olunmuş yazıçı-publisist Ağaddin Babayevin “Şəhid şəhər” əsəri əsasında tamaşa hazırlanmışdır. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanov, rəssamı Tərlan Sadıxov, musiqi tərtibatçısı Miranda Qurbanovadır. 

 




Tamaşada teatrın aparıcı aktyorlari xalq Artisti Qabil Quliyev, əməkdar Artist Sücəddin Mirzəyev, Zemfira Nəcəfova  artistlərdən Şarud Mehdiyeva, Allahverən Babayev, Qızılgül Quliyeva, Təranə Əzizova.Gənc artistlərdən Şəbnəm Hüseynova, Günel Kərimova və Aysel Cahangirova iştirak etdilər. Tamaşaya təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri ilə yanaşı Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Teleh Qaraşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də baxıblar.




     Tamaşada həmşinin Oruc Qurbanovun 1993 cü ildə çəkdiyi “Haray” bədii filmində erməni vəhşiliyini, Xocalıların yaşadıqları faciəli, ağrılı anları əks etdirən kadrlardan da istifadə edilmişdir.

     Maraqla qarşılanan bu təsirli tamaşanı eyni zamanda həmin gün teatrın kollektivi N. saylı hərbi hissənin zabit və əsgərləri qaşısında da oynayıblar.






  Sizinxeber.Az

Baxılıb :2 970
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az