Yeniyetmə məscidin yaxınlığında intihar etdi

Yeniyetmə məscidin yaxınlığında intihar etdi


Şamaxı rayonunda məktəbli intihar edib.
Sizinxeber.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şamaxı şəhərindəki “Cümə məscidi”nin yanındakı mənzillərdən birində qeydə alınıb.
Orada kirayə tutulan evdə valideynləri ilə yaşayan Osmanbəyli kənd sakini olan 13 yaşlı oğlan özünü ağacdan asaraq intihar edib.
Məsciddə namaz qılan şəxslər özünü asan uşağı görərək onu təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da dünyasını dəyişib.
Hadisə yenicə baş verdiyi üçün hazırda ölən uşağın şəxsiyyəti dəqiqləşdirilir. Uşağın adının Zəka olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Baxılıb :1 470
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az