Arvadını vəhşicəsinə qətlə yetirən şəxs: "Dedim ki, özünü yığışdır, səni boğub öldürərəm”

Arvadını vəhşicəsinə qətlə yetirən şəxs: "Dedim ki, özünü yığışdır, səni boğub öldürərəm”


Arvadını öldürməkdə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çxıarılıb. O, aldığı cəzanın ağır olduğunu deyir. Musavat.com xəbər verir ki, 1986-cı il təvəllüdlü Ələskərov Murad Şirinbəy oğlu Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 oktyabr 2017-ci il tarixli hökmü ilə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
M.Ələskərov Quba rayonu, Güləzi kəndində anadan olub, orta təhsilli, ailəli olmaqla himayəsində üç nəfər azyaşlı uşağı ulub. Əvvəllər məhkum olunmayan M.Ələsgərov fərdi əmək fəaliyyəti ilə məşğul olurmuş. Qısqanclıq zəminində arvadının öldürən M.Ələskərov aldığı cəzadan narazı qalıb və apellyasiya şikayəti verib. İşə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb. 

Əvvəlcə qeyd edək ki, M.Ələskərov arvadı Ulduz Ələskərovanın onlarla eyni evdə yaşayan ögey qardaşı Şeyda Ələskərov ilə münasibətlərinin olmasından şübhələnib. Buna görə də Ulduz Ələskərovanı qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə arvadının tövləyə azyaşlı qızı Aybəniz Ələskərova ilə birlikdə girdiyini görüb, odun doğramaq üçün həyətdə saxladıqları baltanı götürərək onların arxasınca gedib. İttihamda yazılır ki, M.Ələskərov xanımına arxadan yaxınlaşaraq, balta ilə onun sağ çiynindən bir dəfə vurub. Ulduz Ələskərova ayağa qalxıb özünü müdafiə etmək istəyib. Bu zaman mərhumun azyaşlı qızı Aybəniz Ələskərova tövlədən çıxaraq evə qaçıb. M.Ələskərov arvadını yerə yıxaraq əlləri ilə boğmağa çalışıb. U.Ələskərovanın müqavimət göstərdiyini görüb, yerdən götürdüyü daş parçası ilə baş nahiyəsindən bir neçə dəfə zərbə vurub. U.Ələskərova bu dəfə də ərinin əlindən xilas olmağı bacarıb. Amma qaçmağa imkan tapmamış Murad Ələskərov yerdən baltanı yenidən götürüb arvadının arxasınca qaçaraq kürək nahiyəsindən bir dəfə vurub. Ardınca isə səkkiz dəfə Ulduz Ələskərovanın baş və çiyin nahiyələrindən vuraraq onu qətlə yetirib.M.Ələskərov barəsində çıxarılan cəzanın sərt cəza olduğunu qeyd edərək apellyasiya şikayətində göstərib ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşman olub, ilk dəfə məhkum olunur, himayəsində əmək qabiliyyəti olmayan xəstə anası və üç azyşalı uşağı var. O. Bunların nəzrə alınaraq barəsində yüngül cəza çıxarılmasını istəyib. 31 yaşlı Murad Ələsgərov özünü qismən təqsirli bildiyini deyir. 

Söyləyib ki, arvadından şübhələndiyi üçün onu öldürmək qərarına gəlib: "Onları izlədiyimi başa düşmüşdülər. Hadisədən üç-dörd gün əvvəl onları güdmək məqsədilə küçəyə getmək görüntüsü yaradaraq evin arxasındakı samanlığa gizləndim. Şeyda Ulduza nəsə dedi, amma eşitmədim, dəqiq nə dediyini bilmədim. Bundan sonra qapı açıldı, Şeyda həyətə çıxdı, təxminən on dəqiqə sonra Ulduz da həyətə çıxdı. Samanlığın nəfəsliyindən baxanda Ulduzun tövlənin arxasına tərəf getdiyini gördüm. Şeydanın harada olduğunu öyrənmək məqsədilə gizləndiyim yerdən çıxıb tövlənin qabağına sarı getdim. Şeyda çəpərin yaxınlığında məni görüb birtəhər oldu, geri dönüb küçəyə tərəf getdi. Hadisədən iki gün əvvəl onları yenə güddüm. Günorta iş adıyla evdən çıxdım. Şeyda da arxamca küçəyə qədər gəldi. Şeyda görməsin deyə dağa sarı getdim. Başı qarışan kimi başqa yoldan fırlanıb qonşunun bağına keçib ağaca çıxdım və həyətimizə baxdım. Nə Şeydanı, nə Ulduzu eyvanda görmədim. Ağacdan düşüb qaça-qaça samanlığa gəlib baxdım. Orda olmasalar da, qapı açıq idi. Evə gələndə gördüm Şeyda balkonda dayanıb, Ulduz isə taxtın üstündə halsız uzanıb. Bir gün sonra da onları güddüm. Tövlənin üstündə gizlənmişdim. Bir qədər sonra Şeyda gəlib tövlənin qabağında dayandı. Ulduz tövlədən çıxıb toyuq hininin qapısını bağladı. Şeyda hinin qabağından aşağıya düşəndə Ulduzu çağırdı. Amma Ulduz tövlədən süd vedrəsini götürüb evə keçdi. Evə gəlib Ulduzdan Şeydanın ona nə dediyini soruşdum. Ulduz mənə "eşitmədim” cavabını verdi. Aramızda mübahisə düşdü. Dedim ki, sabah Quran gətirəcəyəm, özünü yığışdır, səni boğub öldürərəm”- deyə qısqanc ər ifadəsində bildirib.
Mərhumun atası Aydın Eyyubov zərərçəkmiş kimi məhkəmədə deyib ki, cəzanın azaldılması ilə razı deyil. Məhkəmə tərəfləri dinlədikdən və sübutları araşdırdıqdan sonra qərara gəlib ki, 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası qanuni və ədalətli cəzadır. Ona görə də, məhkəmə kollegiyası həmin cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas olmadığı qənaətinə gəlib.


Baxılıb :1 815
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az